“Qarabağ”ın heyətində Çempionlar Liqasına vəsiqə qazanan futbolçular oynasa, yaxşıdı

06.09.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasının əsas məhələsində təmsil edəcək "Qarabağ"ın legioner hücumçu transferi reallaşdıra bilmədi. Ağdam təmsilçisi günlərdi bu üzdən tənqid edilir.

Biz ümumi durumu dəyərləndirməsi üçün “Qarabağ”a yaxınlığıyla tanınan, adətən, transfer məsələlərinin mərkəzində olan menecer Tural Əsgərlinin də fikirlərini öyrəndik:

“Düzdü, indi “Qarabağ”ı qınayanlar çoxdu. Ancaq mən onlara qatılmayacam – “Qarabağ”ı qınamayacam. Bilirəm ki, klub son ana qədər transfer etməyə çalışdı. Ancaq olmayanda olmur. Belədə kimisə say, görüntü olaraq transfer etmək yanlış addım olacaqdı. Düşünürəm ki, “Qarabağ”ın heyətində Çempionlar Liqasına vəsiqə qazanan futbolçular oynasa, yaxşıdı. Bu haqq onlarındı. Gərək onlar çıxış etsin, nəyə qadir olduqlarını görək. Klub və futbolçular bu fürsətdən yararlanmalıdı”.

KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью