“Qarabağ”ın hücumçusu gedir

02.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Redon Cica yanvarda qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Milli.Az newsport.al-a istinadla xəbər verir ki, bu barədə danışarkən o deyib:

"Onsuz da "Qarabağ"da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, bir neçə variantdan ən yaxşısı üzərində dayanacam". 

Cica Albaniya çempionatına qayıdacağını istisna etməyib: "Bu məsələ açıq qalır. Amma hələ bəzi məsələlər aydınlaşmalıdır".

Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvarında "Tirana" klubundan "Qarabağ"a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. 

Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью