“Qarabağ”ın hücumçusu ilə maraqlanan klublardan biri bəlli olub AZƏRTAC

04.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 dekabr, AZƏRTAC

Qış fasiləsində “Qarabağ”dan ayrılacağı gözlənilən albaniyalı futbolçu Redon Cica ilə maraqlanan klublardan biri bəlli olub.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində Albaniyanın "Partizani" komandası maraqlıdır.

Yeni hücumçu axtarışında olan Tirana təmsilçisi təcrübəli oyunçunu heyətinə cəlb etməyi düşünür.

O, daha əvvəl “Qarabağ”da az oyun şansı qazandığı üçün qışda komandanı tərk edə biləcəyini və bu səbəbdən Albaniya Superliqasına qayıdışının mümkün olacağını bildirmişdi.

Qeyd edək ki, Redon Cica Ağdam təmsilçisinə 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью