“Qarabağ”ın “İngilis”i 60 yaşında FOTO İdman və Biz

13.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın keçmiş futbolçusu Səttar Əliyevin 60 yaşı tamam olur.

İdman.biz xəbər verir ki, o, 13 dekabr 1964-cü ildə Ağdamda dünyaya gəlib.

Səttar Əliyev 20 il “Qarabağ”ın uğurları üçün çalışıb: əsasən, müdafiəçi mövqeyində oynayıb, komandanın kapitanı olub.
Ağdam təmsilçisinin heyətində 1989-1991-ci illərdə SSRİ-nin aşağı liqasında, 1992-ci ildən isə müstəqil Azərbaycan çempionatında oynayıb.
“Qarabağ”ın 1999-cu ildə ilk dəfə mərhələ adladığı İntertoto kubokunda çıxış edib.
“İngilis” ləqəbli futbolçu 1990-cı ildə SSRİ 1-ci liqasının üç oyununda “Neftçi”nin də formasını geyinib.

Qeyd edək ki, Səttar Əliyev hazırda “Qarabağ”ın akademiyasında seleksiyaçı-məşqçi kimi çalışır. O, futbol hakim Kamran Əliyevin atasıdır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью