“Qarabağ”ın istədiyi hücumçu Türkiyə klubuna KEÇDİ

16.09.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" yayda heyətini "Srvena Zvezda"nın hücumçusu Şerif Ndiayeni qatmaq istəsə də, transfer baş tutmamış və Ağdam klubu qışda onun üçün bir daha klubuna müraciət edəcəkdi.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi seneqallı forvardın keçidini ən azından qış "transfer pəncərəsi" zamanı həll etməyi planlaşdırırdı.
Amma Azərbaycan çempionu bu forvardla danışıqları yekunlaşdırıb.
Məsələ burasındadır ki, Ndiaye artıq "Srvena Zvezda"nı tərk edərək Türkiyəyə geri qayıdıb.
29 yaşlı forvard “Samsunspor”la müqavilə imzalayıb. Seneqal millisində cəmi 1 oyuna çıxmış hücumçu Superliqa təmsilçisi ilə 4 illik müqaviləyə qol çəkib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью