Qarabağın İsveçə səfər proqramı bəlli olub, kluba 600dən çox bilet ayrılıb İdman və Biz

06.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью