“Qarabağ”ın iyunun 27 də Avstriyadakı oyunu ləğv edildi Səbəb KONKRET

19.06.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bolqarıstanın ÇSKA klubu yay hazırlıq proqramında dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, Sofiya təmsilçisinin yaydığı məlumata görə, iyunun 27-də Avstriyada Qarabağ FK ilə keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Qərarın səbəbi kimi hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı göstərilib. Bildirilib ki, tərəflər turnirin ilk mərhələsini uğurla adlayacaqları halda, növbəti raundda rəsmi matçda qarşılaşa bilərlər.

Xatırladaq ki, Qarabağ FK iyunun 22-də təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisi Tirol bölgəsində iyulun 2-dək hazırlıqlarını davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью