“Qarabağ”ın kapitanı olan “ingilis”: “Oyun zamanı Ağdama raketlər atılırdı” VİDEO

28.01.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” klubunun sabiq futbolçusu Səttar Əliyev Asan TV-yə verdiyi videomüsahibədə karyerası və klubla bağlı xatirələrini bölüşüb.

O bildirib ki, Ağdamda futbol oynadığı dövrlərdə “ingilis” ləqəbi ilə tanınıb:

“Qarabağ”ın heyətində bir il ərzində üç kuboku başım üzərinə qaldıran ilk kapitan mən olmuşam”.

Səttar Əliyev qeyd edib ki, müharibə şəraitində futbol oynadıqları dövrlər unudulmazdır:

“Oyun zamanı Ağdama raketlər atılırdı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov həm mənimlə birlikdə futbol oynayıb, həm də məşqçim olub”.

Sabiq futbolçu “Qarabağ”ın bu gün İngiltərədə keçirəcəyi oyunla bağlı da fikirlərini bölüşüb: “Deyirlər ki, sən “Qarabağ”ın ingilisi olmusan. Bu gün də komandamız İngiltərədə “Liverpul”la qarşılaşır. Oyunun necə olacağını zaman göstərəcək”.

Ətraflı süjetdə:

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью