Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Bu yay “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran uğurlu seriyasını davam etdirir.
Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçu bu dəfə “Milan”la yoldaşlıq görüşündə mühüm rol oynayıb.
“Seltik Park”da baş tutan qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açan 24 yaşlı futbolçu 27-ci dəqiqədə Ceyms Forestin vurduğu qolun pasını verib.
Təcrübəli forvard Şotlandiya təmsilçisinin heyətində ardıcıl 3-cü matçında fərqlənməyə müvəffəq olub. O, daha öncə “Sportinq” (Portuqaliya) və “Midlsbro” (İngiltərə) ilə hazırlıq oyunlarında da rəqib qapılarına yol tapmışdı.
Kamilo Duran 2025-ci ilin yayından ötən aya qədər “Qarabağ”ın şərəfini qoruyub, klubun heyətində 45 oyunda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.