“Qarabağ”ın legioneri bombardir oldu

26.05.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün bombardiri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın legioneri Leandro Andrade ən çox qol vuran oyunçu olub. O, 15 qolla zirvədə yer alıb.

İkinci sırada “Zirə”dən Salifu Suma qərarlaşıb. Qvineyalı cinah oyunçusu mövsümü 12 qolla bitirib.

“Üçlüy”ü “Sabah”dan Cesse Sekidika tamamlayır – 11 qol.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью