“Qarabağ”ın legioneri haqda bəd xəbər yalnız çəliklə yeriyə biləcək

17.06.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, “Qarabağ” itki ilə üzləşib. Belə ki, Aleksey İsayev ciddi zədəyə görə əməliyyat olunub. Yarımmüdafiəçinin bərpa prosesi üçün 3 ay vaxt lazımdı. Deməli, o, “köhlən atlar”ın avrokubok və mövsümün ilk premyer-liqa matçlarında iştirak edə bilməyəcək.

Bəs futbolçu indi hardadı? Müalicə prosesi necə davam edir?
“Football-plus.az”ın suallarını “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev cavabladı:

“Aleksey İsayev hazırda valideynlərinin yanındadı, yəni Rusiyada. 4-6 həftə yerimək üçün çəlikdən istifadə edəcək. Ardınca fərdi bərpa prosesi başlayacaq. Özünü yaxşı hiss edir”.

Xatırladaq ki, İsayev zədələndiyinə görə ölkə kubokunun final matçında və yığmanın son təlim-məşq toplanışında iştirak edə bilməyib.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью