Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə Latviya ilə qarşılaşıb. Matç monteneqronun qələbəsiylə başa çatıb – 2:1.
Yankoviç oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb. O, birinci qolun məhsuldar ötürməsini edib.
Monteneqro qrupda 13 xalla birinci sıradadır.