futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Renaldo Sefas zədələnib.
Futbolpress.az xəbər verir ki, Yamayka millisinin düşərgəsində olan vinger KONKAKAF Millətlər Liqasında Hondurasla matçda sıradan çıxıb. O, görüşün 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənib.
Sefasın durumu tibbi müayinədən sonra bilinəcək.
Vinger bir neçə gün əvvəl Yamaykanın Qvatemalanı məğlub etdiyi matçda (3:2) qol vurmuşdu.