“Qarabağ”ın legioneri oynadı, Əlcəzair millisi QALİB GƏLDİ

18.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 4-cü turunun oyunları keçirilir. 
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair millisi doğma meydanda Liberiya seçməsini qəbul edib. 
Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Benzia da bu görüşün iştirakçısı olub. 30 yaşlı yarımmüdafiəçi 84-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 6 tudan sonra 16 xal toplayan Əlcəzair yığması E qrupunu lider tamamlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью