“Qarabağ”ın legioneri oynadı, “Zirə”li kənarda qaldı

14.11.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın legioneri Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Quimanın formasını geyindiyi Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda öz meydanında Efiopiya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Lanqa bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Quimanın adı isə “23-lüy”ə daxil edilməyib.

Mozambik 3 turdan sonra 4 xalla qrupda ikinci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью