futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Millətlər Liqasında I turda Kipri qəbul edib. Görüş Monteneqronun qələbəsiylə başa çatıb – 2:1.
Yankoviç oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.
Monteneqro millisi sentyabrın 28-də II turda Ermənistanın qonağı olacaq.