“Qarabağ”ın legionerinə şans verilmədi

03.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın qapıçısı Martin Zlomisliçin formasını geyindiyi Bosniya və Herseqovina yığması Millətlər Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda III turda İsveçlə üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Zlomisliç bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

Bosniya yığması B Liqasının 4-cü qrupunda 5 xalla 2-ci sıradadır. İsveç isə 7 xalla liderdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью