Qarabağın Lionla oyunu onlara tapşırıldı

26.11.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasının 5-ci turnda "Lion"la qarşılaşacaq "Qarabağ"ın oyununa təyinatları açıqlayıb.

Publika.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakimin köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью