Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində İngiltərədə “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın səfər planı açıqlanıb.
Bu barədə “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə məlumat verib.
Məlumata əsasən, “Qarabağ” yanvarın 26-da günorta saatlarında İngiltərəyə yola düşəcək.
Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı isə səfərdən bir gün sonra keçiriləcək.
Qarşılaşma üçün “Qarabağ” azarkeşlərinə ümumilikdə 1250 yer ayrılıb.
Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Qarabağ”ı qəbul edəcək. “Enfild” stadionunda baş tutacaq qarşılaşma yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Yusif Sadıqlı
İdman.Biz