Icma.az, futbolpress-az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının VIII turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Slovakiyadan olan referilər idarə edəcək.
Baş hakim İvan Krujliak olacaq. Ona yan xətt hakimləri Branislav Hantsko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da keçiriləcək.