“Qarabağ”ın maraq göstərdiyi Bubakar Konte başqa kluba keçir

12.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Mali millisinin hücumçu Bubakar Konte karyerasını Rusiyada davam etdirəcək.

İdman.Biz Afrika mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu hazırda Gürcüstanın “Dila” klubunda çıxış edir.

Məlumata görə, o, Moskvanın “Torpedo” komandası ilə üç illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Bubakar Konte ötən yay “Qarabağ”la prinsipial razılığa gəlsə də, Ağdam klubu ilə “Dila” arasında razılıq əldə olunmadığından keçid baş tutmayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью