Qarabağın mədəniyyət paytaxtı Şuşa!

12.09.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Vidadi Quliyev
Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyin Sədri
Şuşa bizim tariximiz, qürurumuz və müqəddəs əmanətimizdir!

Canımız Şuşa şəhəri...Şuşa bizim üçün sadəcə bir şəhər deyil. O, Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli ruhunun və qəhrəmanlıq salnaməsinin canlı simvoludur. Bu müqəddəs torpaq şəhidlərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına işğaldan azad edildi və tariximizin qızıl səhifəsinə çevrildi. Bu gün bizim ən böyük vətəndaşlıq borclarımızdan biri azad edilmiş torpaqlarımızı qorumaq, onların tarixi-mədəni irsinə sahib çıxmaq və bu irsi gələcək nəsillərə çatdırmaqdır. Şuşanın tarixi qayalıqları, abidələri və digər mədəni irs nümunələri toxunulmazdır! Tarixi qayalıqların boya, yazı və digər müdaxilələrlə korlanması yolverilməzdir. Hər bir daşın, hər bir qayalığın öz tarixi var. Onlara vurulan zərər milli yaddaşımıza vurulan ziyandır. Vətəndaş cəmiyyəti olaraq hesab edirik ki, Şuşanın və digər azad edilmiş ərazilərin tarixi-mədəni irsinin qorunması üçün hüquqi və maarifləndirici mexanizmlər daha da gücləndirilməlidir. Turist və ziyarətçilərə tarixi ərazilərə daxil olmamışdan əvvəl davranış qaydaları izah edilməli, peşəkar bələdçilərin fəaliyyəti gücləndirilməlidir. Bələdçilər həm Şuşanın tarixini tanıtmalı, həm də ziyarətçiləri mədəni irsin qorunmasına yönəltməlidirlər. Gənc nəslə Şuşanın tarixini, mədəniyyətini və qəhrəmanlıq salnaməsini anlatmaq, milli irsimizə hörmət hissini gücləndirmək hər birimizin borcudur. Şuşanı göz bəbəyimiz kimi qoruyaq!
Şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqlarımızı qorumaq, abadlaşdırmaq və onların tarixi-mədəni irsini gələcək nəsillərə ötürmək müqəddəs məsuliyyətimizdir.
Şuşa bizimdir! Şuşa tariximizdir! Şuşa milli yaddaşımızdır!
Şuşanı qoruyaq, tariximizi qoruyaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью