“Qarabağ”ın müdafiəçisi 100cü çempionat matçına çıxdı

11.11.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyev 100-cü çempionat matçına çıxıb.

Publika.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turunda baş verib.

24 yaşlı futbolçu “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb. Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib. E.Cəfərquliyev 100 qarşılaşmada 8 qola imza atıb.

Qeyd edək ki, “Qarabağ” - “Zirə” görüşü Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью