“Qarabağ”ın müdafiəçisi 3 həftə olmayacaq

22.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynovun Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç yığması ilə görüşündə (0:6) aldığı zədə ciddi olub.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın 33 yaşlı müdafiəçisi ən azı 3 həftə meydana çıxa bilməyəcək.

Belədə, Hüseynovun Avropa Liqasının 5-ci turunun “Lion”la görüşündə meydanda olmayacağı dəqiqləşib.

Xatırladaq ki, Hüseynov İsveç – Azərbaycan görüşünün  birinci hissədən sonra əvəzlənib. Əlavə edək ki, “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью