“Qarabağ”ın müdafiəçisi 3 həftə olmayacaq

22.11.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynovun Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç yığması ilə görüşündə (0:6) aldığı zədə ciddi olub.

Sfera.az xəbər verir ki, “Qarabağ”ın 33 yaşlı müdafiəçisi ən azı 3 həftə meydana çıxa bilməyəcək.

Belədə, Hüseynovun Avropa Liqasının 5-ci turunun “Lion”la görüşündə meydanda olmayacağı dəqiqləşib.

Xatırladaq ki, Hüseynov İsveç – Azərbaycan görüşünün  birinci hissədən sonra əvəzlənib. Əlavə edək ki, “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью