“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu

14.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu

Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb. 

QOL.az xəbər verir ki, komanda öz meydanında Efiopiya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. 

Mozambik millisinə dəvət alan “Qarabağ”ın müdafiəçisi Bruno Lanqa da bu oyunun iştirakçısı olub. Meydana start heyətində çıxan 29 yaşlı futbolçu görüşü əvəzolunmadan keçirib. 

"Zirə"dən Mozambik millisinə dəvət alan Quimanın adı isə görüşün protokoluna daxil edilməyib. 

Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan Mozambik millisi qrupda ikincidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью