Qarabağın müdafiəçisi sıradan çıxdı

21.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov sıradan çıxıb.

Bunu Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

"Köhlən atlar"ın sözçüsü millinin son oyununda xəsarət alan təcrübəli müdafiəçinin topuğundan zədələndiyini və 3 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Qeyd edək ki, Bədavi Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu matçda - Millətlər Liqasının qrup mərhələsinin VI turunun oyununda zədə alıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью