“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti: eşidənləri ŞOKA SALACAQ!

17.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

«Qarabağ» Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyənləşdirib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu almaq istəyən klub «köhlən atlar»a kifayət qədər yüksək məbləğ ödəməlidir.

Söhbət nə az, nə çox, 3 milyon dollardan gedir. Xeydi müddətdir Ağdam təmsilçisinin formasını geyinən forvardın müqaviləsi 2 il sonra başa çatacaq.

Azərbaycan çempionu ona görə son təklifi Norveçdən alıb. «Molde» lənkəranlı gəncin transferi üçün rəsmən onlara müraciət ünvanlayıb.

Sadəcə, klublar arasında danışıqlar uzun sürməyib - maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью