futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna milli komandasının sabiq müdafiəçisi Artyom Fedetski UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo”nun (Kiyev) “Qarabağ”a məğlub olaraq (1:0, 0:2) turnirlə vidalaşmasını şərh edib.
Futbolpress.az xəbər verir ki, keçmiş futbolçu nəticənin onda böyük təəssüf hissi doğurduğunu vurğulayıb:
“Məndə həm göstərilən oyuna, həm də ümumi nəticəyə görə ciddi məyusluq var. “Qarabağ” elə bir rəqibdir ki, onu mütləq üstələmək lazımdır. Meydanda canlanma hiss olunsa da, xarakter və istək çatışmır.
Əsas problem odur ki, baş məşqçi İqor Kostyuk kollektivi “alovlandıra”, motivasiya edə bilmir. Məşqçinin ehtirası görünmür, hər şey çox monoton təsir bağışlayır. Açığı, “Dinamo”nun indiki vəziyyətini təhlil etmək mənə çətindir. Vaxtilə çempionatda “Dinamo” adından da, heyətdəki futbolçulardan da çəkinərdilər. İndi isə həmin əzəmət qalmayıb. Səbəbini bilməsəm də, belə mənzərə yolverilməzdir.
İlk qarşılaşma pis keçməmişdi, amma elə həmin vaxt demişdim ki, birqolluq üstünlük cavab matçı üçün kifayət etməyəcək. Vaxtilə “Dnepr”in heyətində Bakıda “Qarabağ”a qarşı oynamışam, ona görə də bu komandanın nəyə qadir olduğunu yaxşı bilirəm”.