“Qarabağ”ın niderlandlılara qarşı uğursuz seriyası

10.12.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının VI turunda bu gün “Ayaks”ı qəbul edəcək. Amsterdam təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” buna qədər Niderland klublarına qarşı beş görüş keçirib. 2009-cu ildə “Tvente”yə qarşı iki oyun oynayan “atlılar” Bakıda heç-heçə edib (0:0), səfərdə 1:3 hesabıyla uduzub. Bu rəqiblə növbəti iki duel 2014-cü ilə təsadüf edib. “Qarabağ” Avropa Liqası matçında həm evdə, həm də səfərdə “Tvente” ilə “sülh”ə razılaşb – 0:0, 1:1.

“Qarabağ” bir dəfə də “Ayaks”la üz-üzə gəlib. 2024-cü ilin oktyabrında Bakıda Amsteram klubu ilə qarşılaşan “atlılar” 0:3 hesabıyla uduzub. Həmin görüşdə qollar vuran Vut Veqorst və Kennet Teylor zədə səbəbindən bugünkü matçda olmayacaq.

“Qarabağ” 5 turdan sonra 7 xalla 21-ci sıradadır. Xalı olmayan “Ayaks” isə sonucudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью