“Qarabağ”ın o boşluqlarından qollar vurduq” Açıqlama

07.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama

“Ən azı heç-heçəyə layiq oyun göstərdik. Matça yaxşı başlamışdıq. Erkən qol bizi bir qədər sarsıtdı. Bir xalı haqq edirdik. Komanda get-getə daha yaxşı formaya düşür. Mübarizə əzmimiz daha da artıb. Nəticə qazanmağa hazırıq. “Qarabağ”la matçda qol epizodlarından vaxtında yararlansaydıq, ən azı 1 xal qazana bilərdik”.

QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev Misli Premyer Liqasının 4-cü turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. 

Yarımmüdafiəçi hər iki qolu standart vəziyyətdən vurmalarına belə münasibət bildirib: “Qarabağ”ın standart vəziyyətlərini analiz etmişdik. Bəli, boşluqları var idi. Bu boşluqları bilirdik. Demək olar ki, o boşluqlardan da qollar vurduq”.

“Araz-Naxçıvan”ın cari mövsümdəki hədəfi nədir?” sualını Nuriyev belə cavablandırıb: “Hazırda hədəflər barədə danışmaq tezdir. Çünki geridə qalan turlar ərzində qələbə qazana bilməmişik. İlk növbədə qalib gəlməliyik. Üçüncü dövrədə hədəflər barədə danışmaq olar. Hazırda hədəf qalib gəlməkdir”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью