“Qarabağ”ın oyunçusu 100cü oyununa çıxdı İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir. “Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyev 100-cü çempionat matçına çıxıb.
İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turunda baş verib.
24 yaşlı futbolçu “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb. Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib.
E.Cəfərquliyev 100 qarşılaşmada 8 qola imza atıb. Qeyd edək ki, “Qarabağ” – “Zirə” görüşü Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu