futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.
Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dominik Star olacaq. Ona yan xətt hakimləri Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.