“Qarabağ”ın oyunu norveçlilərə həvalə olunub

14.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi FIFA referisi Rohit Saqqi olacaq. Ona həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.

VAR hakimi Kristoffer Haqenes, AVAR isə avstriyalı Alan Kijas olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 20-də Niderlandda baş tutacaq.

I Liqa: Mövsümün oyun təqvimi açıqlanıb "Kəpəz"də yeni müqavilə - RƏSMİ “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq "Xankəndi"də yeni təyinat
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью