Qarabağın oyunu onlara tapşırıldı

10.12.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq" (İsveç) - "Qarabağ" matçının hakimləri bəlli olub.

Publika.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Antonio Nobre olacaq. Ona yan xətdə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.

Qeyd edək ki, dekabrın 12-də keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью