“Qarabağ”ın oyunu portuqallara tapşırıldı

05.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Avropa Liqasının IV turunda keçiriləcək "Bodo-Qlimt" – "Qarabağ" oyununun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Luis Qodinyo olacaq. Ona yan xətt hakimləri Rui Teşeyra və Pedro Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andre Narkisiu yerinə yetirəcək. VAR-da Huqo Migel və Fabio Oliveyra Melo olacaq.

Noyabrın 7-də keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью