“Qarabağ”ın oyunu üçün vauçerlər satışa çıxarılıb

10.10.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” matçını “Estadio de San Mamés"də izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti 110 AZN-dir.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20:45-də, yerli vaxtla isə 18:45-də start götürəcək.

Ayxan Abbasov: "Futbolçularım mübarizədən çəkinməyəcəklər" Yüksək Liqa: IV turun oyunları keçirilib Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik" Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirdim" Millimiz Özbəkistanla heç-heçə edib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью