Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Avropa Liqasının 1-ci təsnifat məhələsinin "Vestri" - "Qarabağ" cavab oyunu Azərbaycanda canlı yayımlanmaya bilər.
"CBC Sport"dan QOL.az saytına verilən məlumata görə, buna səbəb İslandiya tərəfinin yüksək tələbidir.
Bildirilib ki, sözügedən ölkənin matçın yayım hüququna sahib telekanalı "CBC Sport"un qarşısına yüksək şərtlər qoyub:
"İslandiyada oyunu yayımlayan şirkət qarşımıza elə absurd tələblər qoyub ki, biz indiyədək belə hal görməmişik. Hazırda danışıqlarımız davam edir. Qarşımıza qoyulan şərtlərlə bağlı yaxında bəyanat yayacağıq" - deyə "CBC Sport"dan QOL.az-a bildirilib.
Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.