“Qarabağ”ın oyununa bu qədər bilet satılıb

28.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam  təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun bu gün keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью