Qarabağın oyununun biletləri satışda

21.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın Premyer Liqanın XVIII turu çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. 

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gündən etibarən "iTicket.az"-da onlayn, oyun günü isə həm "iTicket.az"-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью