Qarabağın oyununun biletləri satışda

09.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIII turu çərçisində keçiriləcək "Qarabağ"la "Zirə" arasındakı oyunun biletləri artıq satışdadır. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah keçiriləcək oyundan öncə qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью