“Qarabağ”ın oyununun biletləri satışda İdmanXəbər

09.11.2024

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının 13-cü turu çərçisində keçiriləcək “Qarabağ”la “Zirə” arasındakı oyunun biletləri artıq satışdadır.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Noyabrın 10-da keçiriləcək oyundan öncə qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью