“Qarabağ”ın penalti tələbinə “Sabah”dan reaksiya Video

23.04.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək finala yüksələn “Sabah” rəqib tərəfin hakim qərarlarına etirazına maraqlı reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, oyunun son saniyələrində baş verən mübahisəli epizod matçın əsas müzakirə mövzusuna çevrilib.

Ağdam klubunun futbolçuları hakim Rəvan Həmzəzadəni qərəzli qərarda ittiham edərkən, Masazır təmsilçisi susqunluğunu sosial şəbəkədəki paylaşımı ilə pozub.

Belə ki, “Sabah” rəsmi səhifələrində bundan əvvəlki oyunlarda, xüsusilə də “Qarabağ” və “Sumqayıt”la qarşılaşmalarda öz xeyirlərinə təyin olunmayan penalti epizodlarının videolarını yenidən paylaşıb.

Xatırladaq ki, “Sabah” finalda “Zirə” ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью