“‘Qarabağ’ın pley offa yüksəlməsi üçün taktiki yanaşmalar və komanda hazırlığı önəmlidir” …
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının növbəti turunda “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşması Azərbaycan futbolu üçün həm əhəmiyyətli, həm də gərgin bir sınaqdır.
“Qarabağ”ın pley-off mərhələsinə yüksəlməsi üçün qələbə qazanması labüddür və bunun üçün komandanın həm taktiki, həm də psixoloji hazırlığı böyük rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, “Qarabağ”ın oyun planı əsasən müdafiədə möhkəmliyi təmin etməyə və rəqibin güclü hücum xəttini neytrallaşdırmağa yönəlməlidir: “Ayntraxt Frankfurt” komandasının sürətli qanad oyunları və güclü fərdi oyunçuları nəzərə alınaraq, “Qarabağ”ın müdafiə xəttinin sıx və yaxşı əlaqələndirilmiş olması vacibdir.
Müdafiəçilərin zonal və şəxsi markajı balanslı şəkildə həyata keçirilməli, orta sahədə topa nəzarət üçün komanda arasında sıx koordinasiya təmin olunmalıdır.
Hücum taktikasına gəldikdə, “Qarabağ”ın sürətli kontr-hücumlar və kəskin qanad oyunlarından istifadə etməsi daha məqsədəuyğundur.
Almaniya klubunun topa nəzarət etməyə meylli olması, müdafiədə bəzi boşluqlar yaratma potensialı verir.
Tam oxu
Xəbəri oxu