Idman.biz saytına istinadən Icma.az xəbər verir.
PSJ Çempionlar Liqasının 8-ci turunda “Nyukasl” ilə 1:1 hesablı oyunda zədə alan cinah hücumçusu Xviça Kvaratsxeliyanın səhhəti ilə bağlı son durumu açıqlayıb.
İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, gürcü futbolçu zədə səbəbindən oyunun ilk hissənin ortalarında əvəzlənib.
PSJ-nin açıqlamasında deyilir: “Nyukasl” ilə matçda sağ topuğu burxulan Xviça Kvaratsxeliya səkkiz-on gün müddətində oynaya bilməyəcək”.
Bu mövsüm gürcü hücumçu bütün yarışlarda 27 oyunda meydana çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələsi 17-18 və 24-25 fevral 2026-cı il tarixlərində keçiriləcək. “Qarabağ”ın həmin mərhələdəki rəqibi PSJ və yaxud “Nyukasl Yunayted” olacaq.