“Qarabağ”ın potensial rəqibləri azaldı

03.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın potensial rəqibləri azaldı

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alacaq. Artıq UEFA mümkün rəqiblərin sayını azaldıb.  Rəqib səpələnməmişlər səbətindəki bu komandalardan biri olacaq:

“Hetafe” (İspaniya)

“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi

“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi

Avroliqanın "Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью