“Qarabağ”ın potensial rəqiblərinin duelində qonaqlar sevindi

23.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın II təsnifatdakı potensial rəqibləri “Hamrun” (Malta) ilə “Linkoln” (Cəbəllütariq) üz-üzə gəlib. Maltada baş tutan oyun “Linkoln”un minimal hesablı qələbəsiylə başa çatıb. Cavab görüşü isə iyulun 16-da olacaq.

“Qarabağ” II təsnifatda ilk oyunu iyulun 23 və 24-də səfərdə, cavab görüşünü isə iyulun 30-da Bakıda keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью