“Qarabağ”ın prezidenti “Neftçi”dən xahiş etdi VİDEO

06.02.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qrafikimiz çox ağırdır, çox çətindir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl AzTV-yə açıqlamasında deyib.

Ağdam klubunun rəhbəri Misli Premyer Liqasında “Neftçi” ilə oynayacaqları matçın təxirə salınmasını istədiklərini söyləyib:

“Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.

Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, fevralın 21-də "Neftçi" ilə qarşılaşacaq. Ayın 24-də isə “Qarabağ”ı İngiltərə səfəri gözləyir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью