Qarabağın prezidentindən iddialı açıqlama | Icma.az
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsinin 5-ci turunda Bakıda “Lion”la (Fransa) qarşılaşacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözel qarşılaşma ərəfəsində klubu saytına açıqlama verib.
O bildirib ki, "Qarabağ" meydana növbəti qələbəni qazanmaq üçün çıxacaq: “Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək.
Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək.
Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.
Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".
Tam oxu
Xəbəri oxu