“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” Zubir

31.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasından sonra fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, bu haqda Fransanın “Le Figaro” qəzetinə danışıb.

Püşkün nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

“Şəxsən mən məyus oldum. Mən “Park de Prens”ə gəlib orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qaliblərinə (PSJ – red.) qarşı oynamaq çox maraqlı olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Bilmirəm, komanda yoldaşlarım da mənimlə razıdırmı (gülümsəyir)” - deyə o bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью